"Bugünkü rəqəmlər bizi sevindirir".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, açılmalarla bağlı olaraq rəqəmlərin də artması özünü büruzə verə bilər:
"Bir daha vətəndaşları xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırırıq. Bu kimi hallar bizə ehtiyatımızı əldən verməməyə vadar edir”.