Xəbər lenti

Hikmət Hacızadə süni nəfəs aparatına qoşulub
Ölkə09:38 12.11.2020

Hikmət Hacızadə süni nəfəs aparatına qoşulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış politoloq, Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə süni nəfəs aparatına qoşulub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda Hikmət Hacızadə Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsindədir:
"Hikmət bəy beyin insultu keçirib, vəziyyəti ağırdır. Həkimlər səhhəti ilə bağlı yaxşı nəsə demirlər. Yenə də bütün mümkün variantlar götür-qoy edilir, harasa aparmağın mümkün olub-olmadığı müzakirə olunur. Oğlunun gəlməsi gözlənilir”.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadənin səhhətində problem yaranıb. Həkimlər onun insult keçirdiyini bildirib.
Bahar Rüstəmli