Xəbər lenti

Hilal Məmmədova 5 il həbs verildi
Ölkə15:43 27.09.2013

Hilal Məmmədova 5 il həbs verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Ramiz Məmmədovun APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, H. Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

 Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

Qaynar.info