Xəbər lenti

Hilal Məmmədovun məhkəməsi olub
Ölkə10:11 25.09.2013

Hilal Məmmədovun məhkəməsi olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Onlar H. Məmmədova bəraət verilməsini tələb ediblər.

Proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
 
Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

Qaynar.info