Xəbər lenti

Hilal Məmmədovun məhkəməsinə şahid məcburi gətiriləcək
Ölkə11:10 17.07.2013

Hilal Məmmədovun məhkəməsinə şahid məcburi gətiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, prosesdə iş üzrə hal şahidlərindən birinin məhkəməyə gəlməkdən imtina etdiyi məlum olub. Hakim bildirib ki, şahidi dəfələrlə prosesə dəvət etsələr də, gəlmir. Bunun üçün də məhkəmə həmin şəxsin barəsində polis tərəfindən məcburi gətirilmə haqında qərar çıxarıb.

Proses iyulun 24-də davam etdiriləcək.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

Qaynar.info