Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolişi Sədo” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, hal şahidlərindən biri prosesə gəlmədiyi üçün məhkəmə növbəti dəfə onun məhkəməyə çağırılması barədə qərar qəbul edib. Daha sonra H. Məmmədovun müdafiəçisi onun evindən və üzərindən aşkar olunan narkotik vasitələrin üzərindəki barmaq izlərinin ekspertizasının keçirilməsi barədə vəsatət verib. Hakim vəsatətin müzakirəsini növbəti prosesə saxlayıb.
Məhkəmə prosesi iyulun 30-da davam etdiriləcək.
Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.