Xəbər lenti

Hipermarketdən 9 qutu ətir oğurladı - Həbs edildi
Ölkə 18:49 07.08.2025

Hipermarketdən 9 qutu ətir oğurladı - Həbs edildi

Nizami rayonunda yerləşən hipermarketdən 9 qutu ətir oğurlayan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumaına görə, 1994-cü ildə Şəki şəhərində anadan olmuş H.G. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, H.G. müştəri kmi daxil olduğu marketin ətir satılan şöbəsində heç kim olmamasından istifadə edərək vitrindən 9 ədəd ətir şüşəsini götürüb və oradan çıxıb gedib.

Təqsirləndirilən şəxs həmin vaxt içkili olduğunu, bu səbəbdən ətirləri kiməsə verdiyini və ya satdığını xatırlamadığını bildirib. Dəymiş ziyanın məbləğinin 332 manat olub.

Məhkəmənin qərarı ilə H.G. İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilini və 30 gün müddətinə həbs edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->