Xəbər lenti

HİT.Az saytının təsisçisi və baş redaktoru dəyişdi
Ölkə10:17 02.05.2023

HİT.Az saytının təsisçisi və baş redaktoru dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
HİT.Az saytının təsisçisi və baş redaktoru dəyişib. 
Qaynarinfo xəbər verir ki, mayın 1-dən sayt tanınmış jurnalist Gülnarə Əmirqızının təsisçiliyi və baş redaktorluğu ilə fəaliyyət gəstərməyə başlayıb. 
Gülnarə Əmirqızı məlumatı təsdiqləyib.
"May ayının 1-dən HİT.az saytının təsisçisi və baş redaktoruyam. Sayt baş direktoru olduğum "GMMEDİA” MMC-nin tərkibində fəaliyyət göstərəcək”, deyə o bildirib. 
HİT.az saytı 2020-ci il mayın 1-dən fəaliyyət göstərir. 
Gülnarə Əmirqızı 22 ildir  media sahəsində çalışır. O, ölkənin tanınmış media quruluşlarında jurnalist və PR menecer kimi fəaliyyət göstərib.