Xəbər lenti

Hökumət cəllad axtarır - vakansiya elan edildi
Ölkə06:11 19.05.2015

Hökumət cəllad axtarır - vakansiya elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında cəlladlar üçün 8 yeni vakansiya açılıb. Qaynar.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı dövlət qulluğuna qəbul portalında yerləşdirilən elana istinadən “Reuters” agentliyi yayıb.
Məlumatda bildirilir ki, bu vəzifədə işləmək istiyənlərdən heç bir xüsusi qabiliyyət tələb edilmir. Onların əsas vəzifəsi ölüm hökmünün icra edilməsi və yüngül cinayətlərə görə bədənin hansısa bir hissəsinin kəsilməsidir.
Vakansiya “dini vəzifələr” kateqoriyasına aid edildiyindən dövlət qulluqçuları üçün nəzərdə tutulan minimum əmək haqqı ilə ödənilir.
“Amnesty International”a əsasən, Səudiyyə Ərəbistanı ölüm hökmünə verilməsinə görə Çin və Hindistandan sonra dünyada üçüncüdür.
“Reuters”in məlumatına görə, təkcə 2015-ci ilin əvvəlindən krallıqda 85 nəfər edam edilib.
Qaynar.info