Xəbər lenti

Hökumət üzvlərinin stajı: kim hansı postda neçə ildir çalışır?
Ölkə12:56 06.12.2017

Hökumət üzvlərinin stajı: kim hansı postda neçə ildir çalışır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün vergilər naziri postundan çıxarılan Fazil Məmmədov 22 il hökumətdə yer alıb. 1995-ci ildən o, Dövlət Gömrük Komitəsi sədrinin müavini olub, 1999-cu ildə Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib, 2000-ci ildən vergilәr naziri postunu tutub.
Prezidentin 5 dekabr sərəncamı ilə vergilər naziri təyin edilən Mikayıl Cabbarov isə 2004-cü ildən hökumətdə çalışır. O, 2009-cu ilədək iqtisadi inkişaf nazirinin müavini, 2013-ci ilədək Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi, 2017-ci il dekabrın 5-dək təhsil naziri olub.
Qaynarinfo novator.az-a istinadən xəbər verir ki, nazirlərin içində ən stajlısı daxili işlər naziri Ramil Usubovla mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Onlar 1994-cü ildən nazir postundadırlar. Əbülfəs Qarayev 2006-cı ilədək gənclər və idman naziri vəzifəsində işləyib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1995-ci ildən hökumətdədir. 2006-cı ilədək Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin sədri olub.
Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziri, Hüseynqulu Bağırov 2001-ci ildən ekologiya və təbii sərvətlər naziridir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2002-ci ildən hökumətdə yer alır. 2013-cü ilədək o, Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışıb.
Elmar Məmmədyarov 2004-cü ildən xarici işlər naziri, Oqtay Şirəliyev 2005-ci ildən səhiyyə naziri, Azad Rəhimov 2006-cı ildən gənclər və idman naziri, Samir Şərifov həmin ildən maliyyə naziri, Yavər Camalov yenə eyni ildən müdafiə sənayesi naziridir.
İqtisadiyyat naziri Şahin Mustafayev posta 2008-ci ildə gətirilib.
Zakir Həsənov 2013-cü ildən müdafiə naziri, Heydər Əsədov həmin ildən kənd təsərrüfatı naziridir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə hökumətin tərkibinə 2016-cı ildə, energetika naziri Pərviz Şahbazov 2017-ci ildə gətirilib.
Baş nazir Artur Rasizadə 1996-cı ildən Nazirlər Kabinetindədir. O, 1996-cı ildə və 2003-cü ildə baş nazirin müavini olub.
Digər hökumət üzvləri kabinetdə bu vaxtlardan yer alır:
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev – 1984-cü ildən
baş nazirin müavini Elçin Əfəndiyev – 1993-cü ildən
baş nazirin müavini Abid Şərifov – 1995-ci ildən
baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov – 1998-ci ildən
baş nazirin birinci müavini Yaqub Eyyubov – 1999-cu ildən (2003-cü ilədək baş nazirin müavini)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov – 2002-ci ildən
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev – 2002-ci ildən
baş nazirin müavini İsmət Abasov – 2004-cü ildən (2013-cü ilədək kənd təsərrüfatı naziri)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov – 2005-ci ildən
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov – 2005-ci ildən
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev – 2006-cı ildən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova – 2006-cı ildən
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov – 2006-cı ildən
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov – 2007-ci ildən (2012-ci ilədək Dövlət Miqrasiya Xidmətinin rəisi)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov – 2007-ci ildən
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev – 2012-ci ildən
baş nazirin müavini Əli Əhmədov – 2013-cü ildən
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı – 2014-cü ildən
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov – 2015-ci ildən
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev – 2015-ci ildən
Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov – 2015-ci ildən
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov – 2016-cı ildən.