Xəbər lenti

Hökumətin hesabatı Milli Məclisdə dinləniləcək
Ölkə08:25 01.03.2016

Hökumətin hesabatı Milli Məclisdə dinləniləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.

APA xəbər verir ki, Parlamentdən verilən məlumata görə, həmin gün keçiriləcək plenar iclasda baş nazir Artur Rasızadə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.

Hesabatın bu həftənin sonuna kimi əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq deputatlara paylanılması nəzərdə tutulub. 

Qaynar.info