Xəbər lenti

Horadizdə şəhidin anım mərasimi keçirilib - VİDEO
Ölkə19:05 15.07.2014

Horadizdə şəhidin anım mərasimi keçirilib - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Horadiz şəhərində şəhid Səməndər Kərimovun anım mərasimi keçirilib. Şəhidin anım mərasimində rayon ictimaiyyəti ilə birgə milli məclisin vitse-spikeri, rayon rəhbərliyi, şəhidin yaxınları və döyüş yoldaşları iştirak edib.

ANS TV-nin məlumatına görə, əvvəlcə silahlı qüvvələrin bədii kollektivinin hazırladığı musiqili kompozisiya nümayiş olunub. Daha sonra rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və milli qəhrəman Məhəmməd Həsənov şəhidin ailə üzvlərinə baş sağlığı verib. Vətənin müdafiəsi uğrunda canlarından keçənlərin unudulmayacağını deyib.

Milli Məclisin sədrinin müavini Bahar Muradova Azərbaycan Respublikasının prezidenti adından “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin ailə üzvlərinə təqdim edib. Şəhidin anası Məlahət Kərimova isə hisslərini bir cümlə ilə ifadə etdi: “Vətən sağ olsun!”.

Əslən Fizuli rayonunun Aşağı Yağlıvənd kəndindən olan kiçik çavuş Səməndər Kərimov ötən ayın 15-də cəbhənin Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub.

Qaynar.info