Xəbər lenti

HP Azərbaycan Milli Mətbuat Gününü belə qeyd edib
Ölkə07:57 25.07.2013

HP Azərbaycan Milli Mətbuat Gününü belə qeyd edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

HP AZƏRBAYCAN Azərbaycanda və dünyada şirkətin strategiyasını, həmçinin müxtəlif seqmentlər üçün yeni məhsullar təqdim edib. 

Təqdimat mərasimi Hyatt Regency mehmanxanasında təşkil olunub. Mətbuat konfransını HP-nin Azərbaycan nümayəndəliynin icraçı direktoru İnarə Quliyeva açıb. 

O, Azərbaycanda və dünya bazarında şirkətin əsas strategiyası haqqında ətraflı məlumat verib: "HP İT sahəsində liderdir və bazarda əsas tendensiyaları müəyyən edir. Biz Azərbaycanın İT sahəsinin inkişafı üçün şirkətin qlobal təcrübəsindən istifadə etməkdə israrlıyıq". 

O həmçinin layihələrin uğurlu olacağını qeyd edib: "Biz bütün regionlar üçün əhəmiyyətli olacaq layihələrin uğurla həyata keçirilməsinin böyük potensialını görürük". 

Təqdimat mərasimində HP mətbuat nümayəndələrinə yeni SlateBook x2 və ElitePad 900 məhsullarını təqdim edib.

HP şirkətinin fərdi və çap sistemlər qrupunun ölkə üzrə rəhbəri Rasim Baxşı da çıxışında şirkətin gördüyü işlərin əhəmiyyətini vurğulayıb: "Biz istifadəçilərin ən üstün ehtiyaclarını ödəyəcək məhsul yaratmaq üçün çalışırıq. Slate Book x2 HP və 900 HP ElitaPad yaradaraq biz müştərilərimizin həm ofisdə, həmçinin də evdə məlumata maneəsiz çıxışını təmin etməyə çalışmışmışıq. Mobillik müasir dünyada səmərəliliyinin çox əhəmiyyətli bir meyarıdır". 

Tədbirdə o da vurğulanıb ki, təqdim edilən məhsullar yüksək göstərəcilərə malikdir və asanlıqla daşına bilir. Eyni zamanda, istifadəçilərin istəklərinə tezliklə uyğunlaşa bilir:  

HP SlateBook x2 - NVIDIA Tegra prosessoru ilə təhciz olunmuş ayrılan klaviaturalı ilk kompüterdı. Bu cihaz daha yüksək keyfiyyətli HD video izləməyə imkan yaradır,oyunların daha real simulyasiyanı mümkün edir, internet səhifələrin sürətli yüklənməsini və tətbiqetmələrə daha sürətli çıxışı təmin edir. 

HP yeni personal kompüterlərin maksimal funksionallığını təmin etmək üçün onları eksklüziv həll və xidmətlərlə təhciz edib. Bu, bütün dəstəkləyici mənbələrə və alətlərə sürətli çıxışı mümkün edir. 

HP ElitePad 900 –biznes istifadəçilər üçün ultra-nazik dizayna malik güclü bir cihazdır. Sözsüz ki, bu cihaz İT menecerlər və korporativ istifadəçilər tərəfindən çox böyük maraqla qarşılanacaq. Bundan əlavə, HP ElitePad 900 ən geniş aksessuar siyahısını malikdir ki, bu da onun istənilən vəziyyətdə istifadəsinin rahatlığını bir daha təsdiq edir. 

Qeyd edək ki, tədbir Milli Mətbuat Gününə həsr olunub. 

Qaynar.info