Xəbər lenti

Hulusi Akar Azərbaycan xalqına təşəkkür etdi
Ölkə18:13 04.01.2019

Hulusi Akar Azərbaycan xalqına təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin müdafiə naziri Hulusi Akar Sarıqamış Hərəkatının 104-cü ildönümü ilə bağlı açıqlama yayıb.
Qaynarinfo xəbər verir ki, "Sarıqamış Şəhidlərinin Anım günü" barədə verdiyi açıqlamada H.Akar azərbaycan xalqının o dövrdə əsir düşmüş türk əsgərlərinə yardımından bəhs edib.
"Sarıqamış şəhidlərini yad etdiyimiz bu önəmli gündə "bir millət, iki dövlət" ifadəsini sözün əsl mənasında sərgiləyən qardaş Azərbaycan xalqının Nargin adasında ağır şərtlərə məruz qalan mehmetciklərə etdikləri yaxşılıqları da şükrlə anırıq", - deyə o, bildirib.
Qeyd edək ki, Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdi.
Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, buranı kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.