
"Hələ iki həftə evdən çıxmayacağam”.
BunuQaynarinfo-ya açıqlamasında koronavirusa yoluxmuş hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O, xəstəliyi yüngül keçirdiyini bildirib:
"Karantindən çıxmışam. Xəstəliyi yüngül keçirdim. Müalicəm ev şəraitində aparıldı. İndi yaxşıyam, buna baxmayaraq, hələ iki həftə də evdən çıxmayacağam. Qızdırmam yox idi, amma son vaxtlar qətiyyən qoxu hiss etmirdim”.
Novella Cəfəroğlu xəstəliyi ilə bağlı Təcili Yardıma da məlumat verib:
"Amma Yasamal rayonu 19 nömrəli Şəhər Poliklinikasından bir adam mənimlə maraqlanmadı. Demədilər ki, Novella xanım, ölmüsən, qalmısan. Özümə qarşı poliklinikadan laqeyd münasibət gördüm”.
Bahar Rüstəmli