Xəbər lenti

Hüquq müdafiəçisi generalın məhkəməsində - Novella Cəfəroğlunu prosesə kim dəvət edib?
Ölkə11:00 13.06.2022

Hüquq müdafiəçisi generalın məhkəməsində - Novella Cəfəroğlunu prosesə kim dəvət edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Zərərçəkmişlər bu gün keçirilən prosesə hüquq müdafiəçisi Novella Cəfəroğlunu da dəvət ediblər. 
Hüquq müdafiəçisi Qaynarinfo-ya bildirib ki, jurnalistlər zala buraxılmasa da, onun içəri keçməsində heç bir problem olmayıb: "Məni buraxdılar. Prosesi necə deyərlər yaxından izlədim. Hesab edirəm ki, məhkəmə necə lazımdırsa, elə də keçirilir. Zərərçəkənlər sərbəst şəkildə sözlərini deyir, ifadələrini verir, müttəhimlərə suallar ünvanlayır və s. Hakim onlara maneə olmur. İstər hakim, istərsə də dövlət ittihamçısı prosesi çox yaxşı aparır. Şəxsən mən razı qaldım”.
Hüquq müdafiəçisinin fikrincə, müttəhimlər layiq olduqları cəzanı alacaqlar: "İnanıram ki, onlar barəsində ədalətli hökm çıxarılacaq. Ümumiyyətlə, bu iş kifayət qədər ciddi işdir. Ona görə hakim və dövlət ittihamçısı maksimum çalışır ki, məhkəmə istintaqı ədalətli və obyektiv aparılsın. Ki, təqsirləndirilən şəxslərə layiq olduqları cəzanı versinlər”.
Novella Cəfəroğlu jurnalistlərin prosesə buraxılmamasına da toxunub: "Əlbəttə jurnalistlər buraxılsa, çox yaxşı olar. Biri var prosesi özün izləyirsən, bir də kimsə danışır. Fikrimcə, onların da prosesi izləməsini təmin ediləcək. Açığı bilirsiniz necədir, müttəhimlər MTN-də yüksək vəzifələrdə işləyiblər. MTN isə təhlükəsizlik qurumu olub, qapalı strukdur. Bəzən müttəhimlər iş üzrə hansısa məsələyə aydınlıq gətirərkən açıq şəkildə deyilməməli fikirlər səsləndirmək məcburiyyətində qalırlar. Amma bununla belə hesab edirəm ki, jurnalistlərə prosesi izləmək imkanı yaradılmnalıdır”.
Seyid