Xəbər lenti

Hüquq müdafiəçisi vəkillərin 500 AZN-dək cərimələnməsi hüququnu şərh etdi
Ölkə14:24 25.06.2021

Hüquq müdafiəçisi vəkillərin 500 AZN-dək cərimələnməsi hüququnu şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən bu dəyişikliyə etiraz edirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququ verilməsini şərh edərkən deyib. Vəkil bildirib ki, bundan öncə məhkəmələrin axtarış sistemi olmalıdır:
"Amma ona görə etiraz etmirəm ki, bəzi həmkarlarım deyirlər, bu anlayışın özü qeyri-müəyyəndir. Əslində belə təcrübə xaricdə də var. Bizdə də hamı başa düşür ki, vəkillər vaxt uzatmaqdan ötrü əsassız şikayətlər verirdilər. Amma normal praktikada açıq-aşkar əsassız odur ki, xeyli işlər olub, amma belə vəsadətlər, şikayətlər heç vaxt təmin olunmayıb. Bu halları bilmək üçün gərək məhkəmə təcrübəsi şəffaf olsun. Azərbaycan məhkəmələri hələ bir-iki ildir ki, öz qərarlarını dərc etməyə başlayıblar. Hələ 2019-cu ilin aprelin 3-də Prezidentin fərmanında Ədliyyə Nazirliyinə tapşırıq vardı ki, məhkəmə qərarları üzrə axtarış sistemi yaradılsın. İstəlinən şəxs həmin sistemə girəndə bütün məhkəmə qərarları çıxsın. Ədliyyə Nazirliyi isə belə bir sistemi yaratmayıb. Əvvəlcə bunu etmək lazımdır. Axtarış sistemi olmalıdır. Amma fakt bu sistem yoxdur. Axtarış sistemini bilə-bilə etmirlər ki, məhkəmələr özlərinə imkan yaradır eyni işlərə, eyni şikayət və vəsadətlərə başqa cür baxa bilsinlər. Şəffaf olsa, hamı deyəcək, niyə bir vəkili cərimələdiniz, o birilərini yox”. 
Əkrəm Həsənov son illərdə bu sahənin xeyli inkişaf etdiyini bildirib:
"Azərbaycan vəkilləri bu gün orta hesabla hakim ordusundan daha savadlı, bilikli və işgüzardır. Hakimlər bu gün istədiyini edə bilmirlər, vəkillərdən qorxurlar”.
Qeyd edək ki, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə əksini tapıb. Həmin maddəyə görə, məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququ verilir.
Bahar Rüstəmli