Xəbər lenti

Hüseyn Abdullayev "Susma" çağırışından danışdı
Ölkə07:21 04.06.2013

Hüseyn Abdullayev "Susma" çağırışından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məlum olduğu kimi, “Oğuz Eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayevin müəllifi olduğu “Susma” mahnısı böyük marağa səbəb olub.

Hüseyn Abdullayev bununla bağlı AzNews.az-a verdiyi açıqlamada “Susma” mahnısı vasitəsilə cəmiyyətə hansı mesajları vermək istədiyini bəyan edib: “Bu mahnıyla xalqıma güc və ruh verməyi özümə borc bildim. Nə demək istədiyim isə elə mahnıdan da çox gözəl basa düşülür. Onsuz da bu xalq hər gün mənəvi cəhətdən ölür və əsər bir növ buna etirazdır”.

Qeyd edək ki, klipdə məmur özbaşnalığına, insan haqlarının tapdanmasına toxunulub, Fəvvarələr bağında keçirilmiş etiraz aksiyalarındakı görüntülərdən istifadə olunub.

“Susma”nın musiqisi ilə yanaşı, sözləri də Hüseyn Abdullayevə məxsusdur.

Qaynar.info