
Sabiq deputat insan hüquqlarının və demokratiyanın tapdanmasına etiraz olaraq yeni əsər yazıb.
“Oğuz Eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev yeni əsər yazıb. “Susma!” adlı əsər marş janrında bəstələnib. Əsər son illər ölkəmizdə baş verən haqsızlıqlara, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına, demokratik prinsiplərin kobudcasına tapdanmasına qarşı etiraz olaraq qələmə alınıb. Klipdə son illər Fəvvarələr bağında keçirilən aksiyalardakı görüntülərdən istifadə olunub.
Həmçinin 2003-cü ilin 16 oktyabrında Azadlıq meydanında seçki saxtakarlığına etiraz edən insanların polislər tərəfindən vəhşicəsinə döyülməsi səhnələrinə də yer verilib. Mahnının musiqisi ilə yanaşı sözləri də Hüseyn Abdullayevə məxsusdur. Müəllif xalqı öz haqqı uğrunda mübarizə aparmağa səsləyir. Əsərin ortasında mahnının sözlərindən bir bənd şeiri H.Abdullayev öz səsi ilə səsləndirir. Və bu, əsərə ayrı bir kolorit qatır.
H.Abdullayev bu yeni əsərini eksklüziv olaraq musavat.com-a təqdim edib. “Susma!” əsəri ilk dəfə təqdim olunur.
Qaynar.info