
Suraxanı rayonu Hövsan qəsəbəsində Bağlar evi kimi tanınan hissədə sakinlər neçə gündür ki, evlərindən çölə çıxa bilmir.
Buna səbəb isə onların qonşuluğunda məskunlaşan canavardır. Sakinlər onun bura hardan gəldiyini bilməsələr də 3 gün əvvəl radio ilə canavarın hardansa qaçdığı barədə xəbər eşitdiklərini dedilər. Onları qorxudan isə canavarın düz qapılarının qarşısında gecələri ulamasıdır.
Maraqlıdır ki, ətrafda çoxlu yiyəsiz it olsa da, canavarın buralarda sərbəst şəkildə gəzməsinə heç bir reakiya verməyiblər. Sakinlər dedi ki, ilk baxışdan aqqresiv görünməyən canavar ona tərəf gedən hər kəsə dişlərini qıcıyırdı. Sakinlər neçə gündü aidiyatı qurumlara bu barədə xəbər verdiklərini desələr də, hərəkətə keçib onları canavarın əsirliyindən qurtaran heç kim olmayıb. Hadisə yerində olarkən biz də aidiyyatı qurumlarla əlaqə saxladıq.



