Xəbər lenti

I vitse-prezident Azərbaycan Prezidentini təbrik etdi
Ölkə05:23 24.12.2019

I vitse-prezident Azərbaycan Prezidentini təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"
Qaynarinfo xəbər verir ki, bu sözlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram” səhifəsində yer alıb.