Xəbər lenti

İbad Hüseynova "Qızıl ulduz" verildi - FOTO
Ölkə08:44 10.06.2013

İbad Hüseynova "Qızıl ulduz" verildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günlərdə Türkiyənin Nevşəhir (Kapadokya) şəhərində türk dünyasının qəhrəman oğlu İbad Hüseynovla bağlı təntənəli mərasim təşkil olunub.

Nevşəhir (Kapadokya) şəhər valisinin təşəbbüsü ilə təşkil olunan mərasimdə İbad Hüseynov Nevşəhirdə qızıldan hazırlanan “İllərin Qəhrəmanı” mükafatına layiq görülüb.

500 nəfərdən artıq insanın iştirak etdiyi təqdimetmə mərasimində türk dünyasının millət vəkilləri, siyasi xadimləri, yazarları, iş adamları, tanınmış sənətçilər iştirak ediblər. Qəhrəmanın həyat hekayəsindən ibarət 15 dəqiqəlik filmdən sonra mükafat Nevşəhir valisi tərəfindən təqdim olunub.

Qeyd edək ki, valilik tərəfindən təqdim olunan mükafat qızıldan hazırlanan ulduzdan ibarətdir, ortasında hilal təsvir olunub.

Qaynar.info