Xəbər lenti

İbrahimbəyovun Vergilər Nazirliyinə qarşı iddiası təmin edilmədi
Ölkə11:29 05.12.2013

İbrahimbəyovun Vergilər Nazirliyinə qarşı iddiası təmin edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rüstəm İbrahimbəyova məxsus “İbrus” kino şirkəti Vergilər Nazirliyini məhkəməyə verib.

Modern.az-ın əldə etdiyi məlumata görə, kinoşirkətin Vergilər Nazirliyi ilə çəkişməsi uzun müddətdir ki, davam edir.

Bu gün isə “İrbus”un qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Prosesdə vəkillik edən Fuad Ağayev bildirib ki, kino şirkəti ilə bağlı aşağı instansiya məhkəmələrinin verdikləri qərarlar dəyişdirilmədən saxlanılıb.

“İddialarımız təmin olunmadı. Vergilər Nazirliyi kino şirkətində yoxlamalar aparıb. Qanuna zidd olaraq bir sıra vergi hesablayıb, maliyyə sanksiyaları tətbiq ediblər. Biz də Vergilər Nazirliyinin Audit Departamentinin qərarının ləğv olunması ilə bağlı məsələ qaldırmışdıq. Amma iddiamız təmin olunmadı”, – deyə Fuad Ağayev bildirib.

Qaynar.info