Xəbər lenti

İbrahimoviçdən Ronaldoya ad günü hədiyyəsi - FOTO
Ölkə12:06 06.02.2014

İbrahimoviçdən Ronaldoya ad günü hədiyyəsi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç dünən 29 yaşını qeyd edən Kriştiano Ronaldoya ad günü hədiyyəsi göndərib.

Qol.Az-ın məlumatına görə, isveçli hücumçu "Zlatana meydan oxu" yazılı formanı portuqaliyalı oyunçuya hədiyyə edib.
 
Bu barədə Zlatan "tvitter" hesabından yazıb: "Ad günün mübarək. Sənə çox sevəyəcəyin bir hədiyyə yollayıram".

Ronaldo da "tvitter"dən Zlatana təşəkkürünü bildirib: "Bu forma mənə səndən daha çox yaraşacaq".

Qeyd edək ki, K.Ronaldo dünən "Atletiko" ilə matçda qol vurmayaraq, üçüncü dəfə ad günündə fərqlənə bilməyib. Bundan əvvəl o, 2003 və 2005-ci illərdə də meydanı qol vurmadan tərk etmişdi.

Qaynar.info