Xəbər lenti

"İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək
Ölkə12:56 25.07.2025

"İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrosunun "İçərişəhər" stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, artıq dayanacağın layihələndirilməsinə başlanılıb.
Layihələndirmə Türkiyənin "Yüksel Proje" şirkəti tərəfindən icra ediləcək.
Qeyd edək ki, ötən gün şirkətlə "Bakı Metropoliteni" arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.
Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, "İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.