Xəbər lenti

“İçərişəhər”də möhtəşəm AKSİYA
Ölkə12:36 06.03.2013

“İçərişəhər”də möhtəşəm AKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər il olduğu kimi bu il də 8 Mart - Beynəlxalq Qadınlar günü ilə əlaqədar İçəri Şəhər ərazisində bayram əhval-ruhiyyəsi hökm sürür. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, martın 8-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Hər xanım – Bir gül” adlı bayram aksiyası keçiriləcək. 

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə həyata keçirilən aksiya zamanı Qoruq ərazisinin 3 əsas mərkəzi giriş qapılarında (Qoşa Qala, Neftçilər prospekti və “İçərişəhər” metro stansiyası) skripkaçı və 2 pantomima aktyoru tərəfindən İçəri Şəhər ərazisinə daxil olan xanımları qarşılayıb musiqinin müşayiəti ilə hət xanıma bir gül təqdim ediləcək.

Saat 11:00-dan etibarən başlayacaq tədbirin saat 14:00-dək davam etməsi nəzərdə tutulub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə bütün xanımları təbrik edir.

Qaynar.info