Xəbər lenti

İçib maşının yerini unudan şəxs polisə "Maşınımı qaçırıblar" dedi - Sumqayıtda
Ölkə09:18 30.03.2017

İçib maşının yerini unudan şəxs polisə "Maşınımı qaçırıblar" dedi - Sumqayıtda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda sərxoş şəxs avtomobilinin oğurlanması barədə polisə yalan məlumat verib.

"Qaynar" DİN-ə istinadən xəbər verir ki, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib.

Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb.

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Müəyyən edilib ki, R.Əliyev həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unudub.

Qaynar.Az