Xəbər lenti

İçkili halda yolda pultla oyuncaq maşın idarə etdi, məhkəmə cəzalandırdı
Ölkə 13:53 22.06.2026

İçkili halda yolda pultla oyuncaq maşın idarə etdi, məhkəmə cəzalandırdı

Bakıda yolun hərəkət istiqamətində uşaqlar üçün nəzərdə tutulmuş pultla idarə olunan maşın idarə edən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən "Qaradağ" şadlıq sarayının qarşısında baş verib. 

Belə ki, 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş R.Hafiz oğlu gecə saat 02:30 radələrində yolun hərəkət istiqamətində oyuncaq maşını pult vasitəsilə idarə edib. Polis əməkdaşları ona irad bildiriblər. Həmin şəxsin hadisəni içkili halda törətdiyi məlum olub. 

Onun barəsində protokol tərtib edilərək, məhkəməyə göndərilib. R.Hafiz oğlu məhkəmədə uşaq üçün nəzərdə tutulmuş oyuncaq avtomobili yolun hərəkət istiqamətinə çıxardığı üçün peşman olduğunu bildirib və barəsində yüngül cəza tədbirinin görülməsini xahiş edib. 

Məhkəmənin hpkmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə (xırda xuliqanlıq) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün həbs olunub. 

Aydın
--> -->