Azərbaycanda görünməmiş hadisə; Rayon təhsil şöbələrinin ləğvi və Regional Təhsil İdarələrinin yaradılması barədə qərarın təxirə salınmasının ilginc səbəbləri; Təhsil şöbələrinə “yağlı tikə” kimi baxan yerli məmurlar şok dirəniş göstərib və 15 dekabrda icra olunacaq təhsil islahatını tormozlayıb.2015-ci ilin yanvarın 1-dən Regional Təhsil İdarələrinin yaradılması barədə təhsil naziri cənab Mikayıl Cabbarovun imzaladığı əmrin təxirə salınmasının şok təfərrüatları ortaya çıxıb. Söhbət ölkədəki rayon təhsil şöbələrinin ləğvinin əvəzində müvafiq qurumların yaradılması barədə nazirin imzaladığı əmrdən gedir.
Qeyd edək ki, təhsil naziriötən ay müəllimlərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdəqərarın təxirə salınmasının səbəbi kimi maliyyələşmə problemininolduğunu önə çəkmişdi. M. Cabbarov 16 oktyabr toplantısında bildirib ki,Milli Məclisə təqdim olunan gələn 2015-ci ilin dövlət büdcəsindəRegional Təhsil idarələrinin yaradılması üçün müvafiq vəsait nəzərdətutulmadığı üçün yeni sistemə keçid ertələnib. Odur ki, növbəti ildə dərayon təhsil şöbələri ənənəvi şəkildə fəaliyyətini davam etdirəcək.Hansı ki, cəmi bir ay öncə cənab Cabbarov təhsil şöbələrinə “yır-yığış”etməkdən ötrü 15 dekabra qədər vaxt vermişdi. Sözügedən məsələ gündəməgələndən yerli şöbələrdə bir süstlük yaranmışdı və minlərlə təhsilişçisi işsiz qalacaqlarından dolayı dərin bədbinlik içindəydilər. Ancaqkimsə cəsarət edib işsizlik fəlakəti ilə bağlı perspektivə açıq etirazetməyi xəyalına belə gətirmirdi. Həm də ümidlər sona qədər ölməmişdi və“şöbələr yəqin ki, tam ləğv olunmayacaq, heç olmasa 5-10 nəfərlik heyətsaxlanılacaq” tipli gözləntilər də var idi. Ancaq təhsil naziri qəfilbəyan etdi ki, qərarın icrası təxirə salınır, özü də qeyri-müəyyənmüddətə. Bu isə təhsil şöbələrində toy-bayram ovqatının yaranmasınasəbəb olub.
Bəs, əslində nə baş verib? Hansıgüclü qüvvədir ki, ən yüksək səviyyədə dəstək alan nazirin əmrini gerioxutdura bilib? Yeri gəlmişkən, təhsil naziri şöbələrin ləğvi ilə bağlıqərarı verərkən prezident sərəncamına istinad etmişdi. 24 iyul 2014-cüil tarixdə imzalanan “Azərbaycan Respublikası Təhsil Nazirliyininstrukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan RespublikasıPrezidentinin Sərəncamı”nda deyilirdi: “Azərbaycan Respublikası TəhsilNazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, AzərbaycanRespublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbərtutaraq qərara alıram: Azərbaycan Respublikası Təhsil Nazirliyininaşağıdakı regional idarələri yaradılsın...” Diqqətinizə çatdıraq ki,dövlət başçısı Azərbaycan Təhsil Nazirliyinin strukturunutəkmilləşdirmək məqsədi ilə nazirliyinin 15 regional idarələrininyaradılmasını qərara alıb.

Ammabudur, qərarın icrası təxirə salındı. Təhsil nazirinin səbəb kimimaliyyələşməni göstərməsini bir sıra ekspertlər inandırıcı arqumentsaymır. Hesab olunur ki, maliyyə naziri Samir Şərifov prezidentsərəncamı ilə icrası nəzərdə tutulan proqramı maliyyələşdirməkdən imtinaedə bilməzdi. On illərdir fəaliyyət göstərən təhsil şöbələrinin yerinəqısa müddətdə Regional Təhsil Şöbələrinin yaradılmasının mümkün olmamasıfikri də ciddi səbəb kimi qəbul edilmir. Bu barədə “Yeni Müsavat”ınəldə etdiyi bilgilər isə heyrətamizdir. Etibarlılığına heç bir şübhəmizolmayan məlumatlı mənbənin bildirdiyinə görə, naziri əmrini gerioxutmağaErayon icra başçıları vadar edib! Konkretləşdirsək, hesab olunurki, icra başçıları onların “təhsil bazarı”na ağır zərbə vurmağıplanlaşdıran nazirin islahatlar istiqamətində çox ciddi bir addımıatmasına son anda imkan verməyib. Hətta rayon təhsil şöbəsinin müdirinitəyin etməklə bu sektorun işinə müdaxilə edən icra hakimiyyəti başçılarısözsüz ki, məsələni sakit qarşılaya bilməzdi.

Məlumatagörə, təhsil şöbələrinə “yağlı tikə” kimi baxan icra hakimiyyətininbaşçıları bu sektorun nəzarətdən çıxarılması üçün düşünülən “məxməriinqilab”ın gerçəkləşməsini əslində özlərinə vurulan zərbə kimi qəbuletdikləri üçün prosesin tormozlanması naminə var qüvvələri iləçalışıblar. Mənbə iddia edir ki, bu etirazlar kütləvi və mərkəzləşmişqaydada həyata keçirilsə də, məxfiliyin maksimum qorunması üçünçalışılıb. Xüsusilə də hakimiyyət olimpində güclü dayaqlara maliknazirlərə birbaşa çıxışları olan, həmçinin “avtoritet” kimi tanınanbaşçılar bu prosesdə öndə olublar. Onların arasında “onsuz dabələdiyyələrdən sonra bizim taleyimiz hər an sual altındadır, yeganənəzarət etdiyimiz sahə təhsildir, o da əldən çıxandan sonra biz kiməlazımıq? Bundan sonra rayonda bizi saya salan da olmayacaq” deyə,umu-küsü edənlər də tapılıb. İddiaya görə, hətta icra başçılarıarasından, qarşıdan bələdiyyə və parlament seçkilərinin gəldiyinixatırladıb: “Biz seçkidə işimizi əsasən təhsil şöbələri, müəllimlərləbirgə görürük, bizə tabe olmayandan sonra kim bizi eşidəcək”, - kimişantaj mövqeyindən çıxış edən də tapılıb. Nəticə də bəlli, icrabaşçıları qələbə çalıb.

Xatırladaqki, yeni sistemə keçidlə bağlı qərarın olduğu ərəfədə həttahakimiyyətyönlü təhsil ekspertləri bu sərəncamın hökmən öz müsbətnəticəsini verəcəyini bildirirdilər. “Ona görə ki, rayon təhsil şöbələrirayon icra hakimiyyətlərinin təsiri altından çıxacaq. Çünki icrahakimiyyətləri üçün toyxana necədirsə, təhsil şöbəsi, məktəb də odur.Çox şükür ki, təhsil şöbələri icra hakimiyyətlərinin nəzarətindən çıxdıvə azad fəaliyyət göstərəcək. Azadlıq olan yerdə də uğur həmişə olacaq”, - bunu sabiq deputat Şahlar Əsgərov demişdi. Hazırda 38 yaşı olanM.Cabbarovun ötən ilin aprelində təhsil naziri təyin olunmasına bir sıramüşahidəçilər fərqli yanaşırdı. Ancaq gənc nazirin təhsil sahəsindəkineqativlərə qarşı bir sıra hallarda cəsarətli mövqe nümayiş etdirməsi,“əvəzolunmaz” kadrları belə uzaqlaşdırıb yeni simaları təhsil sektorunacəlb etməsi, həmçinin yerlərdə vətəndaşlarla açıq ünsiyyəti ilə diqqəticəlb etməsi nazirə olan etimadın artmasına rəvac verdi. Onun təhsiliicra başçılarının əsarətindən xilas layihəsi də pozitiv qarşılanırdı. Di gəl ki, proseslər əksinə cərəyan edir...

Mənbəmizəxitabən bir az əvvəlki proseslərə ekskurs edək. Məlumata görə, təhsilnaziri Mikayıl Cabbarov təyinatının ilk günlərindən hətta sələfi MisirMərdanovun da bir neçə dəfə etiraf etdiyi problemdən, rayon təhsilşöbələrini icra başçılarının monopoliyasından xilas etməyin yollarınıarayırmış. Məhz elə buna görə də nazir M.Mərdanovun dövründə tətbiqinəbaşlanılan müəllimlərin işə qəbulu prosesinin vahid test imtahanlarıyolu ilə məhz Təhsil Nazirliyi tərəfindən işə götürülməsi barədə qaydanısaxlamağa qərar verib. Bu imtahanlar isə ümumtəhsil məktəblərindəkivakant yerlərdə işləmək istəyən xeyli sayda müəllimin icrahakimiyyətlərinə ayaq döymədən işə qəbul olunmasına “yaşıl işıq”yandırıb. Mənbənin sözlərinə görə, təhsil sektorunu icrahakimiyyətlərinin birbaşa müdaxiləsindən xilas etmək üçün M. Cabbarovbir neçə ay öncə prezidentə konkret təkliflərini göndəribmiş. Ölkəbaşçısı təklifləri təqdir edib və müvafiq araşdırmaların aparılması üçünmüvafiq qurumlara göstəriş verib, nəticədə sözügedən sərəncamreallaşıb. Məlumatlı mənbə hesab edir ki, ölkə başçısının etimad etdiyinazirə qarşı çıxmaqla bir sıra icra başçıları özlərinə ciddi problemyaradıblar. Yəni rəhbərlik indiki həssas situasiyada, xüsusi ilə dəqarşıdakı seçkilərə görə, onların mövqeyini nəzərə alsa da, çoxkeçməyəcək onların bəziləri cəzasına çatacaq. Məlumata görə,Administrasiya rəhbəri cənab Ramiz Mehdiyevin sonuncu kadr xəbərdarlığıhəm də icra başçılarına mesajdır.
Görünən budurki, indiki mərhələdə daş qayaya rast gəldi və “gənc islahatçı nazir”kimi tanınan, təhsilin inkişafı ilə bağlı mütərəqqi addımlar atmağıplanlaşdıran M. Cabbarov rayon icra başçılarının müqaviməti nəticəsindəmüsbət addımını təxirə salmalı oldu. Ancaq nə vaxta kimi? Fakt budur ki,ortada prezident sərəncamı var və gec-tez məsələ həllini tapmalıdır. //musavat.com