
İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə rayon ərazisində bir günlük pulsuz sünnət aksiyası keçirilib.
"Modern.az"-ın məlumatına görə, rayonun maddi cəhətdən imkansız sakinləri üçün nəzərdə tutulan xeyriyyə aksiyasında yüzə yaxın azyaşlı təmənnasız olaraq sünnət edilib.
İcra başçısının bu addımı İsmayıllı sakinləri tərəfindən müsbət qarşılanıb.
Qaynar.info