Xəbər lenti

İcra başçısı 22 ildir toylarda oynamır - SƏBƏB? - FOTO
Ölkə13:48 10.04.2014

İcra başçısı 22 ildir toylarda oynamır - SƏBƏB? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəzifəli şəxslərin qəribə vərdişləri ilə bağlı çox eşitmişik. Bəziləri bu vərdişlərini gizlədir, bəziləri isə bunu hətta tərcümeyi-halına salır. 

Ağdam Şəhər İcra hakimiyyətinin rəsmi saytında icra başçısı Nizami Sadıqov da özünün tərcümeyi-halında maraqlı bir cümlə yazıb. Rayonun İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən bu məlumatı oxuyanda bəlli olur ki, cənab başçı Qarabağ münaqişəsinə kimi ciddi şəkildə rəqs etmək həvəskarı olub. Belə olmasaydı çox da uzun olmayan tərcümeyi-halında bu cümləni qeyd etməzdi: “Şuşa şəhəri və Ağdam rayonu işğal edildikdən sonra toylarda oynamağı özünə yasaq etmişdir”. 

Saytda yerləşdirilən məlumatdan aşkar şəkildə hiss olunur ki, rayon rəhbəri düz 21 ildir ki, toylarda oynamamaqla özünə zülm edir. Bax, əsl vətənpərvərlik də budur!//AzNews.az