Neftçala rayonun icra başçısı ilə bağlı şok iddia ortaya çıxıb.
Qaynar.info xəbər verir ki, bu barədə infom.az saytı məlumat yayıb.
Saytın yazdığına görə, rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin ötən ay verdiyi. t.apşırığına əsasən dövlət büdcəsindən rayon sakini Xandəmirov Böyükağa Sarı oğlunun şəxsi bank hesabına 280.000 manat pul köçürülüb.
Keçirliən maliyyə əməliyatına dair sənədlərin sürəti də redaksiyamıza təqdim olunub.
Maraqlıdır ki, sözügedən informasiyanın mənbəyi Neftçala rəsmilərinin rəsmiyyətə uzlaşmayan bu maliyyə əməliyyatının səbəbini qəribə arqumentlə əsaslandırıb.
Bildirilir ki, rayon icra başçısı İsmayıl Vəliyev Neftçalanın abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitdən əlavə müxtəlif mənbələrdən də xeyli pul toplamalı olub.
Məqsəd Prezidentin səfəri ərəfəsində abadlaşdırma işlərini daha da sürətliəndirmək, şəhərdə ümumi mənzərəsini dəyişməyə nail olmaqdı.
İcra başçının bütün səyləri istənilən nəticəni verməsə də borcu geri qaytarmaq zərurəti ortaya çıxıb.
Mümkündür ki, belə riskli maliyyə əməliyyatları da məhz bu “zərurət”dən doğub.
Daha aydın təbirlə desək, görülən işlər üçün yığlan borcu qaytarmaq məqsədi ilə həyata keçirilib.
Qeyd edək ki, Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev fövqəlada hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrlarındandır. Uzun müddətdir ki, adı qalmaqallarda hallanır, ancaq arxasında FHN şefi dayandığından onunla bağlı heç bir tədbir görülmür.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info