Xəbər lenti

İcra başçısı Baş nazirə müraciət etdi
Ölkə12:17 27.11.2019

İcra başçısı Baş nazirə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Baş Nazir Əli Əsədova müraciət edib.
Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
"Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş Nazirə müraciətinə baxılıb. Baş Nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb", deyə İ.Məmmədov vurğulayıb.