Xəbər lenti

İcra başçısı danışdı: "Bu, böyük cinayətdir" (VİDEO)
Ölkə07:21 15.04.2013

İcra başçısı danışdı: "Bu, böyük cinayətdir" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtınicra başçısı kəsilən ağaclardan danışıb. Qaynar.info xeberle.comsaytına istinadən xəbər verir ki, məsələ ilə bağlı Sumqayıt Şəhər İcraHakimiyyətinin Başçısı Eldar Əzizov və Sumqayıt Şəhər Polis İdarəsininirəisi, general- mayor Sahib Mirzəyev əraziyə baş çəkib.

Sumqayıtınicra başçısı ərazidə ağacların kəsilməsinə sərt reaksiya verib. Yerli"Dünya" TV kanalına danışan Eldar Əzizov bildirib ki, ağaclarınkəsilməsində günahkarlar layiqli cəzalarını alacaqlar: "Mən sizə deyimki, bu böyük bir cinayətdir. İlkin məlumatlara görə, bu Moskvada olanbir iş adamının tapşırığı ilə olub. Bunu edənlər polis tərəfindənsaxlanılıb, izahatlar götürülüb. Əlbəttə ki, qanun çərçivəsində bunlarcəzalarını alacaqlar. Bu insanlar insanlıqlarını itiriblər. Başqa birsöz tapa bilmirəm. Görünür bunların Sumqayıtda, ölkədə olan ab-havadanxəbərləri yoxdur. Fikirləşirlər ki, gecə ilə təmizləsinlər və sonra dagəlsinlər ki, belə də olub".

Ərazinin nəzarətə götürüldüyünüdeyən Eldar Əzizov Sumqayıt şəhər Polis İdarəsində cinayət işininaçıldığını və istintaq getdiyini qeyd edib: "İki nəfər ağaclarınkəsilməsini icra edib, onlar həbs olunublar. Ərazilərdə nəzarət daha dagücləndirilməlidir. Bizim işçilərimizə də xəbərdarlıq edilib. Niyəbaşlayandan sonra dərhal tədbir görülməyib? Hesab edirəm ki,araşdırmaları aparmalıyıq. Bu olmamalıydı, amma olub, tədbir dəgörüləcək. Hələlik bərpa işlərinə başlamışıq və bu ərazi nəzarətəgötürüldü".

Sumqayıtın icra başçısı ərazidə heç bir obyekt tikilməyəcəyini də sözlərinə əlavə edib.

Qaynar.info