Xəbər lenti

İcra başçısı ilə bağlı daha bir iddia
Ölkə13:28 23.07.2013

İcra başçısı ilə bağlı daha bir iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallı rayon İcra hakimiyyəti ilə bağlı daha bir iddia ortaya çıxıb. 

İnfom.az saytı xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun tapşırığına əsasən Masallı şəhəri üzrə icra nümayəndəsi Kamal Mazanov icra nümayəndəliklərindən pul yığır və bu işə şəxsən özü rəhbərlik edir. İcra başçısının verdiyi səlahiyyətə görə sonuncunu “Masallının qubernatoru” da adlandırmaq olar. Deyilənə görə, onun bu səlahiyyətə sahib olması birinci müavin Nadir Abıyevin xoşuna gəlmir, hər bir vasitə ilə onu sıradan çıxarmağa çalışır.

Bildirilir ki, Kamal Mazanov inzibati ərazi dairələri üzrə nümayəndələrdən də “abadlıq pulu” tələb edib. Onlar da məcburiyyətdən büdcə vəsaiti üzərində müxtəlif maxınasiyalar qurmaq zorunda qalıb. Bunlardan ən geniş yayılmış üsulu əmtəəsiz alqı-satqıdır. Nümayəndələrin bir neçəsi dəftərxana ləvazimatı alınması adı altında Nadir Abıyevə məxsus olan MMC-lərə külli miqdarda vəsait köçürüblər. Məqsəd mal alınmadan köçürülən məbləği nəqdləşdirmək və onu Kamal Mazanova vermək olub. Amma bu əməliyyat alınmayıb. Birinci müavin MMC-lərə köçürülən pulları geri vermir.

Hazırda rayonda bu barədə mübahisə getdiyi diqqət çəkir: “Nümayəndəliklər müxtəlif dövlət orqanlarına vaxtaşırı hesabatlar, bir də vətəndaşlara arayışlar verir. İndi kompüter dövrüdür, məlumatların çoxu elektron variantda verilə bilər. A-4 formatda olan 500 ədədlik 1 büküm yazı kağızı 5 manatdır, qoy ildə 4-5 belə büküm işlənsin. Digər ləzvimatlar (qovluq, dəftərxana kitabı, qələm, karandaş, xətkeş, pozan və s.) da elə baha qiymətə deyil- bunlar da tutsun 20-25 manat. Ümumilikdə bu xərc 50 manatdan çox ola bilməz. Belə olduğu halda, icra nümayəndəliklərinin il ərzində dəftərxana və çap xərcləri üçün nəşriyyatlardan da çox vəsait ayırması açıq-aşkar büdcə talançılığıdır. Keçirilmiş tenderlər barədə məlumatda xoruzun quyruğu görünür:

2013-cü ildə dəftərxana ləvazimatı anlması üçün Masallı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələr üzrə nümayəndəliklərinin ödədikləri məbləğlər:

Masallı şəhər nümayəndəliyi- 29 000 manat

Ərkivan qəsəbə nümayəndəliyi- 11 800 manat

Banbaşı nümayəndəliyi- 8 000 manat

Lürən nümayəndəliyi- 3 400 manat

Musakücə nümayəndəliyi- 3 800 manat

Xıl nümayəndəliyi- 3 650 manat

Yeddioymaq nümayəndəliyi- 4 000 manat

Qızılağac nümayəndəliyi- 6 180 manat

Xırmandalı nümayəndəliyi- 6 838 manat

Kalinovka nümayəndəliyi- 4 870 manat

Boradigah nümayəndəliyi- 6 750 manat

Alvadı nümayəndəliyi- 10 350 manat

Qəriblər nümayəndəliyi- 3 300 manat

Mahmudavar nümayəndəliyi- 8 580 manat

Şərəfə nümayəndəliyi- 6750 manat

Cəmi : 117 268 manat

Onu da qeyd edək ki, nümayəndəliklər pulları “Mübariz-2013″ və “Gül-Al-2012″ MMC-lərə ödəyiblər. (infom.az)