Bu il keçiriləcək parlament seçkilərində hazırkı deputatlardan bəzilərinin iştirak etməyəcəyi gözlənilir. Qaynar.info-nun əldə etdiyi məlumata görə, seçkiyə qatılmaqda tərəddüd edənlərdən biri də Jalə Əliyevadır.
Əslində 92 saylı Zərdab-Ucar seçki dairəsindən debutat seçidən J.Əliyevə yenidən mandat qazanmaq istəyir. Amma onun qarşısını kəsən bəzi səbəblər var. Ən əsas səbəb odur ki, millət vəkili Zərdabın icra başçısı Lütfəli Babayevlə yola getmir. İcra başçısı J.Əliyevanın bu rayondan deputat olmasını istəmir.
Onların arasındakı problemlərin səbəbləri barədə dəqiq məlumat yoхdur. Amma hər iki şəхsin Zərdabda böyük biznesi var. Ehtimal olunur ki, məhz biznes maraqlarına görə L.Babayev J.Əliyevanı Zərdabdan uzaqlaşdırmaq istəyir.
Məlumata görə, artıq icra başçısı ilə mübarizə apara bilməyən J.Əliyeva başqa dairədən namizəd olmaq istəyir. Amma bununla bağlı hələ hakimiyyətin razılığını ala bilməyib. Deputat razılıq ala biləcəyi halda, başqa dairədən namizəd olacaq. Əks halda seçkiyə qatılmayacaq.
Qaynar.info