Xəbər lenti

İcra başçısı müavinini vəzifəsindən azad etdi
Ölkə 13:53 06.04.2026

İcra başçısı müavinini vəzifəsindən azad etdi

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Başçının müavini - Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib. 

--> -->