Xəbər lenti

İcra başçısı prezidentliyə namizədlə razılaşdı
Ölkə09:23 26.09.2013

İcra başçısı prezidentliyə namizədlə razılaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayon İH başçısının birinci müavini Asif Əzizov Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Cəlilabad seçiciləri ilə görüşməsi ilə bağlı quruma etdikləri müraciətə müsbət cavab verib.

Qafqazinfo-ya daxil olan məlumata görə, Cəmil Həsənlinin sentyabrın 27-də saat 16:00-dan 18:00-dək seçicilərlə görüşməsi üçün “Aqrotexservic” ASC-nin həyəti ayrılıb.

Eyni zamanda cavab məktubunda bildirilir ki, “Aqrotexservic” ASC-nin həyətində görüşün keçirilməsi yalnız Cəlilabad rayonun seçicilərinə aiddir. Bu rayona aid olmayan seçicilərin görüşə gləməsi namizədlərin tərəfdaşları arasında xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Ona görə də görüşdə rayon sakini olmayan şəxslərin iştirak etməsi yolverilməzdir.

Qaynar.info