Xəbər lenti

İcra başçısı qulluqçusuna villa bağışladı
Ölkə08:08 12.03.2014

İcra başçısı qulluqçusuna villa bağışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xətainin rəhbəri Razim Məmmədov Sumqayıt yolunun üzərində 10-a yaxın villa tikdirib

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Bakı-Sumqayıt yolunun üzərində xeyli sayda villa tikdirib. JAM.AZ-a verilən məlumata görə, villaları hasara aldıran icra başçısı bununla da onların görünməmələrini təmin etməyə çalışıb. 

Məlumatlara görə, qohum-əqrabasını həmin «həyət»ə toplayan Razim Məmmədov, hətta evində çalışan qulluqçusuna da villa bağışlayıb. Xətainin icra başçısının o qədər də əliaçıq olmadığını bildirən mənbələr qeyd edirlər ki, Məmmədovun bu hərəkətinin arxasında başqa maraqlar da dayana bilər. 

Məsələn, gələcəkdə problem yaranacağı təqdirdə villanın başqa əllərə keçməməsi kimi. Yəni, əgər villalar onun əlindən alınarsa, qulluqçunun əmlakı yerində qalacaq. 

Qaynar.info