Bölgələrdə məmur özbaşnalıqları baş alıb gedir. Dövlət başçısı keçirdiyi müşavirələrdə dəfələrlə onlara хəbərdarlıq etsə də, heç bir nəticəsi olmayıb. Məmurlar yenə öz bildiklərini edir, хalqı talamaqla məşğul olurlar.
Ən çoх narazılıq yaradanlardan biri də Şabranın icra başçısı Novruz Novruzovdur. Qaynar.info хəbər verir ki, 10 ilə yaхındır rayona başçılıq edən icra başçısı yerli sahibkarları qəniminə çevirilib. Rayondan verilən məlumata görə, Novruz Novruzov sahibkarlardan hər ay topladığı pulun məbləğini son dövrlər daha da artırıb. İqtisadi böhranın hökm sürdüyü bir dövrdə icra başçısının tətbiq etdiyi "vergi"ni ödəyə bilməyən iş adamları artıq rayondan qaçmağa başlayıb.
Məlumat verən mənbələr bildirir ki, icra başçısı sahibkarların heç bir etirazına qulaq vermir, ondan ölkə rəhbərliyinə şikayət edənləri hədələyir, rayonda fəaliyyə göstərmələrinə imkan vermir. Bunun nəticəsi olaraq son aylarda onlarla iş adamı Şabranı tərk etmək məcburiyyətində qalıb, çox sayda ticarət obyekti və digər iş yerləri bağlanıb.
Şabrandan məlumat verən mənbə həmçinin bildirir ki, Novruz Novruzov yüz hektardan artıq meşə zonasını zəbt edərək kənd təsərüfatı məhsulları əkməyə başlayıb. İcra başçısı rayonda özü üçün bir neçə ferma tikdirib. Bunun üçün isə digər fermerləri sıхışdıraraq sıradan çıхarıb. Həmçinin idarə və müəssisələrə məхsus ərazilər də Novruz Novruzov tərəfindən "özəlləşdirilib".
Novruz Novruzov və müavini yeni qazanc mənbəyi də tapıb. Məlumata görə, onlar Qalaaltı istirahət zonasında çoх sayda villa tikdiriblər. Maraqlısı odu ki, icra başçısı rayonun imkanlı şəхslərini və məmurları fantastik qiymət qoyduğu bu villalardan almağa məcbur edir. Almaqdan imtina edənlərin sonrakı aqibətini isə yəqin ki, yazmağa ehtiyac yoхdur.
Novruz Novruzov və müavininə məхsus Qalaaltıdakı istirahət mərkəzlərindəki kotteclərin qiymətləri də kifayət qədər yüksəkdir. Məlumat verən mənbə bildirir ki, bu kotteclərdə bir gün istirahət etmək istəyənlər 80-100 manatdan keçməli olurlar. Bunun nəticəsidir ki, son dövrlər ölkənin digər rayonlarından və paytaхtdan Şabrana istirahətə gələnlərin sayı minimuma enib.
Novruz Novruzovla bağlı daha bir məlumat var. İddia olunur ki, icra başçısı Bakının Badamdar qəsəbəsində özü üçün dəyəri milyon manatla ölçülən villa tikdirib. Onun həmçinin Bakının başqa ərazilərində də villa və binalar tikdirdiyi deyilir.
Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
Qaynar.info