Xəbər lenti

İcra başçısı Turkanda Xəzəri satıb - VİDEO
Ölkə08:45 01.09.2014

İcra başçısı Turkanda Xəzəri satıb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gülağa İslamov edilən şikayətlərə isə məhəl qoymur, sahil zonasını qohumlarına peşkəş edib 

Xəzər rayon icra başçısı Gülağa İslamov Xəzər dənizinin sahillərini özünün qohumlarına və Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəhbərliyində təmsil olunan şəxsə satıb. 

Qaynar.info xəbər verir ki, bu barədə JAM.Az saytı məlumat yayıb. 

Məlumata görə, Türkan qəsəbəsi istiqamətində bütün sahili satışa çıxarmış icra başçısı bununla kifayətlənməyib, dənizi qurutmağa da cəhd edir. Belə ki, İslamov dənizin sahilinə kənardan daş və qum gətirməklər onun bir hissəsini quruya çevirir. Sonra isə həmin yerləri satışa çıxarır. 

Qəsəbə sakinləri isə dənizə çıxışlarının bağlandığını deyirlər. Yalnız kiçik bir cığır qalıb ki, onun da yaxın zamanlarda bağlanacağı artıq dəqiqləşib. 

Sakinlər bildirirlər ki, etirazlarını dinləyən yoxdur. Ona görə də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət edərək, ondan kömək istəyirlər. 

Onlar deyirlər ki, Xəzər rayon icra başçısı Gülağa İslamov prezidentin verdiyi sərəncamlarına əməl etmir, öz şəxsi maraqları üçün vətəndaşların hüquqlarını tapdayır, qanunlara isə məhəl qoymur. 

Vətəndaşlar ümid edirlər ki, millət vəkili onların müraciətinə müsbət cavab verəcək, qanunu pozanlar ciddi şəkildə cəzalandırılacaq.

Qaynar.info