
Tərtər rayon icra başçısı ilə bağlı şok iddia səsləndirilib.
Qaynar.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, icra başçısı Ceyhun Cəfərovun rayonda radikal dini cərəyanın nümayəndələrini himayə edir.
Məlumata görə, son zamanlar bölgələrdə vəhabilər kifayət qədər aktivləşib və əhalini ətraflarına toplaya biliblər. İddia edilir ki, ciddi kapitala sahib olan vəhabilər rayonlarda fermer təsərrüfatı yaratmaqla yüzlərlə şəxsi həm də maddi baxımdan öz təsir dairələrində saxlayırlar. Onların Tərtərdə biznes şəbəkələri yaratmaları da iddia olunur.
Bildirilir ki, vəhabilərə "yaşıl işıq" yandıran Ceyhun Cəfərov onlarla iş birliyindədir. Məhz icra başçısının dəstəyi nəticəsində vəhabilər əsasən qaçqınlar arasında təbliğat işi aparır, həmçinin rayonda xırda və orta sahibkarlığı tam olaraq nəzarətlərinə götürüblər. Vəhabilərə icra başçısının dəstək verməsinin isə əsas səbəbi kimi onların yaratdığı ticarət obyektlərində Ceyhun Cəfərovun yaxın adamları şərik olublar.
Tərtər rayon İcra Hakimiyyətinin şöbə müdiri Tofiq Hüseynovla əlaqə saxladıq. O, Qaynar.info-ya açıqlamasında məlumatı təkzib etdi: "Mən tərtərliyəm, amma burada belə bir şey yoxdur".
Qaynar.info