Ölkə 13:57 05.09.2023

İcra başçısı yeni müavin təyin etdi

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin olunub.

Qaynarinfo xəbər verir ki, icra başçısı Taleh Qaraşov Əliyeva Ülviyə Qalib qızını icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edib.

Ülviyyə Əliyeva 1995-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2019-cu il tarixindən Lənkəran Dövlət Universitetinin doktorantıdır. 1993-2006-cı illərdə Lənkəran şəhər 9 nömrəli məktəbdə ixtisası üzrə müəllim, 2007-2010-cu illərdə Şilavar kənd ümumi orta məktəbində direktor, 2011-ci ildə Xüsusi İnternat məktəbində direktor, 2011-2020-ci illərdə Lənkəran Şəhər 7 nömrəli tam orta məktəbdə direktor, 2020-2022-ci illərdə Lənkəran Şəhər Təhsil şöbəsinin müdiri və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran sektoru üzrə müdiri, 2022-ci ildən son təyinatadək isə Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

Aydın