Xəbər lenti

İcra başçısı özünə yeni müavin təyin etdi
Ölkə10:21 01.11.2018

İcra başçısı özünə yeni müavin təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gədəbəy rayon İcra Hakimiyyətinə yeni təyinat olub.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin müvafiq əmri ilə, Nağıyev Natiq Fərhad oğlu başçının birinci müavini vəzifəsinə gətirilib.
Sözügedən xəbəri Gədəbəy rayonu İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilən Natiq Nağıyev bundan öncə Alnabat kənd üzrə icra nümayəndəsi olub.