Xəbər lenti

İcra başçısının bacısı oğlu yol qəzasında öldü - 4 nəfər ağır yaralandı
Ölkə10:10 12.03.2016

İcra başçısının bacısı oğlu yol qəzasında öldü - 4 nəfər ağır yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Saat 23 radələrində Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəzada yaralanan şəxslərdən ikisi 8-10 yaşlı uşaqlardır.

Bildirilir ki, ailə üzvləri nişan mərasimindən Mingəçevirə qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır. ///Lent.az 

* * *

Qəzada ölən Mirzəyev Orxan Eyvazağa oğlu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bacısı oğludur. Xəbəri ANS-ə Tərtər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Bildirilib ki, hadisə Yevlaxda baş verib. "Rəhmətə gedən Yevlax sakini olub. Onun 26 yaşı var idi. Hazırda Müstəqim müəllim yas mərasimindədir", - deyə qurum rəsmisi bildirib.

Qaynar.info