Xəbər lenti

İcra başçısının müavini danışdı - YENİLƏNİB
Ölkə14:48 17.05.2013

İcra başçısının müavini danışdı - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İcra başçsının müavini Rövşən Hüseynov Qaynar.info-ya açıqlama verib. 

O bildirib ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir və böhtandır: "Bu informasiyalar qərəzli və yalan informasiyalardır. Mən vəzifəmdən çıxmamışam. Rayonumuzda da hər şey yüksək səviyyədədir. Sadəcə səhhətimdə problem var, xəstəyəm. Ona görə də məzuniyyətə çıxmışam. Hazırda Bakıda xəstəxanada müalicə olunuram. İcra başçısı Nizami müəllimlə münasibətlərimiz yüksək səviyyədədir. O, təkcə icra başçısı yox, həm də mənim ağsaqqalımdır. Mən neçə ildir ki, dövlət vəzifələrində çalışmışam, buna görə də mənə mükafat verilib".

________

17:48

AzNews.az-a daxil olan məlumata görə, Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov təhsil və səhiyyə üzrə müavini Rövşən Hüseynovu tutduğu vəzifədən azad edib. Məlumata görə, müavinin vəzifəsindən uzaqlaşdırılmasına səbəb icra başçısıyla aralarında olan narazılıqdır. Amma ərizəsi alınan müavinin tutduğu vəzifədən uzaqlaşdırılmasının konkret səbəbləri göstərilməyib.

Bildirək ki, bununla bağlı əməkdaşımız Ağdam RİH-lə əlaqə saxlayıb. Rayon icra başçısının köməkçisi Eldəniz Abdullayev AzNews.az-a açıqlamasında müavinin işdən çıxarılması ilə bağlı yalnız bunları deyib: “Rövşən müəllim müalicədədir. Ona görə Bakıya gedib”.