Xəbər lenti

İcra başçısının müavini infarkt oldu
Ölkə13:20 11.02.2014

İcra başçısının müavini infarkt oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəfil halı pisləşən S.İslamov dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Bakının Yasamal rayonu ərazisində “Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsini müəyyən edən və bu işlərə nəzarət edən icra hakiminin müavini Səməd İslamovun vəziyyəti ötən gün pisləşib.

Yasamal rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qəfil halı pisləşən S.İslamov dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda xəstəxananın kordiologiya şöbəsində müalicə alan Səməd İslamovun vəziyyəti stabildir. Şöbədən verilən məlumata görə, hazırda xəstə həkim nəzarəti altındadır. Həkimlər ona həyəcanlanmağı məsləhət bilmirlər.

İcra Hakimiyyətindən anspress-ə hələlik Səməd İslamovun vəzifəsinin kim tərəfindən icra olunması barədə məlumat olmadığı bildirilib.

Qaynar.info