Ölkə 14:45 13.04.2023

İcra başçısının oğlu FHN-dən uzaqlaşdırıldı

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Fövqəladə Hallar Nazirliyində vəzifədə çalışan iki oğlundan biri vəzifəsindən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, uzun müddətdir işə çıxmayan Samir Qaraşov FHN-in Maliyyə Baş İdarəsinin nəzdində Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Nəzarət-Təftiş İdarəsinin rəisi, polkovnik Qəşəm Məmmədovun əmri ilə icra başçısının digər oğlu - Seymur Qaraşovun rəis müavini olduğu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində yoxlamalar aparılır.
 


Yaxın vaxtlarda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, daxili xidmət general-mayoru Rüfət Fərhadovun vəzifəsindən azad olunacağı gözlənilir.

Ehtimal edilir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov general-mayorun yerinə polkovnik Seymur Qaraşovu təyin edəcək.

Əhməd