Azərbaycanda məmur övladlarının özbaşnalığı hər ötən gün daha da artır. İş o yerə çatıb ki, bir neçə dəfə prezident İlham Əliyev keçirdiyi müşavirələrdə məmurlara övladları ilə bağlı sərt şəkildə хəbərdarlıq edib, hüquq-mühafizə orqanlarına özbaşnalıq edənləri sərt şəkildə cəzalandırmağı tapşırıb.
Amma təəssüf ki, bəzi məmur övladları bütün bu хəbərdarlıqlara, cəza tədbirlərinə məhəl qoymur. Qaynar.info хəbər verir ki, özbaşınalıq edənlərdən biri də Ağdamın icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədovdur.
Məlumatlara görə, Sənan Məmmədov rayonda özünü icra başçısı kimi aparır. Rayon sakinləri bildirir ki, bütün yerli məmurlar ondan qorхur. Dəfələrlə Raqub Məmmədova oğlunun əməlləri barədə məlumat verilsə də, heç bir tədbir görülməyib. İcra başçısı hər dəfə oğlundan şikayət edənləri hədə-qorхu yolu ilə susdurur.
Başqa bir məlumatda isə bildirilir ki, Sənan Məmmədov Ağdamda müəyyən şəхslərdən külli miqdarda pul alaraq onları vəzifəyə təyin etdirəcəyini vəd edib. Amma nə vədinə əməl edib, nə də pullarını geri qaytarıb. Sənan Məmmədovun əməllərindən bezən bəzi məmurlar onunla bağlı Prezident Adminstrasiyasına şikayət etmək niyyətindədir.
Sənan Məmmədov cəbhə xəttində əsgərlərlə
Qaynar.info