Xəbər lenti

İcra başçısının oğlunun milyonluq maşın kolleksiyası – FOTOLAR
Ölkə09:48 23.04.2016

İcra başçısının oğlunun milyonluq maşın kolleksiyası – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nərimanov Prokurorluğunda çalışan Məhəmməd Hacıyev davaya meyllibirisi kimi ad çıxarıb
Cəmiyyətdə özünü apara bilməyən məmur uşaqlarınınsayı xeylidir. Qeyd edək ki, prezident İlham Əliyev yerli və mərkəziicra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin birçoxunda bu məsələyə toxunub və cəmiyyətdə özünü apara bilməyən məmurövladlarına xəbərdarlıq edib. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki,ölkə başçısının xəbərdarlığına baxmayaraq, hələ də bəzi məmurlarınövladları qanundan kənar işlərlə məşğul olurlar. 
Qaynarinfo.Az-ın gundelik-baku.com-aistinadla verdiyi məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH)başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də cəmiyyətdə özününormal apara bilmir. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalıhəyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki,bütün günü kef çəkir. 
İcra
Məlumatlımənbənin bildirdiyinə görə, əvvəllər Qaradağ rayon Prokurorluğundaişləyən, sonradan Nərimanov rayon Prokurorluğuna transfer olunanMəhəmməd Hacıyev sırf karyera naminə bu vəzifədə çalışır: «Belə ki, icrabaşçısının oğlu vaxtının böyük hissəsini özü kimi imkanlı dostları iləbirlikdə şəhərin elit məkanlarında keçirir. Məmur oğlu davaya meyllidir.İndiyə qədər onun iştirakı ilə paytaxtın məşhur restoranlarında birneçə dəfə kütləvi dava baş verib. Məsələn, bir müddət əvvəl Bakının ənməşhur restoranlarından biri olan «Şirvanşah» restoranında VilyamHacıyevin oğlu ofsiantları döyüb. O ofsiantı təhqirlə çağırdığı üçünqalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısınınoğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar».
Araşdırmalar nəticəsində o da məlum olub ki, icra hakiminin oğlu həm dəbahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobilkolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover»,90 AA 369 dövlət nömrə nişanlı «Mercedes S class», həmçinin son model«Mercedes Galendevagen» daxildir.
Sonda icra başçısı Vilyam Hacıyevə vəoğluna bir sual vermək istəyirik: görəsən, İmişli camaatının dizə qədərpalçığa batdığı bir vaxtda, Teymur Əliyev küçəsindəki 25 milyonluqvillada yaşamaq çətin deyilmi?
İcra
İcra
İcra